Bu barədə “Jerusalem Post” məlumat yayıb.
Məlumata görə, senator Hok Lindsi Qrem, Senatdan Con Fetterman və Keti Britt və Nümayəndələr Palatasından Jared Moskovitz və Mayk Lavler ilə birlikdə qətnamənin hazırlanmasına rəhbərlik ediblər.
Lindsi Qrem açıqlamasında bildirib ki, qətnamə hərbi gücdən istifadəyə icazə verməsə də, “İranın nüvə məqsədləri və imkanları haqqında həqiqəti ortaya qoyur”.
Qətnamədə vurğulanır ki, İranın nüvə silahı əldə etməyə davam etməsi Amerika üçün ciddi təhlükə, İsrail və onun Yaxın Şərqdəki digər müttəfiqləri və tərəfdaşları üçün isə ekzistensial təhlükədir.
Bəyanatda həmçinin İranı Amerika, İsrail və müttəfiqlərinin milli təhlükəsizlik maraqlarını təhdid edən “hər hansı və bütün fəaliyyətlərdə” iştirakını dayandırmağa çağırır.