Amerikanın Xarici İşlər Vəzirliyinin Uluslararası Dini Azadlıq Dəftəri İranı hamının, o cümlədən dini azlıqların insan haqlarına hörmətlə yanaşmağa çağırıb. Dəftər tuiterdəki paylaşımında İranın İslam Cəza Qanununun 499 və 500-cü maddələrində edilən dəyişikliklərdən nigaranlığını bildirib. Sözügedən maddələrin insanların inancla ayinlərini azad şəkildə yerinə yetirməsinə maneə olacağı diqqətə çatdırılıb. Bildirək ki, 1399-cu ilin bəhmənində Nigəhban Şurası tərəfindən təsvib edilən İslam Cəza Qanununun beşinci bəndinə iki maddə artırılıb. Bu maddələrdə ilahi dinlərlə etnik qrupları təhqir etməyə görə ağır cəzalar nəzərdə tutulub. Tərhin 2-ci maddəsində məzhəb, qrup, cəmiyyət şəklində müqəddəslərə zidd inhirafi təhsil, təbliğat fəaliyyətinin cəzalandırılacağı vurğulanıb. Həmin maddələr İranda başqa dinlərə qarşı təqiblərin həyata keçirilməsinə şərait yaradır.
Amerikadan İranda insan haqlarının pozulmasına münasibət
