
Amerikanın Misuri əyalətinin Sent-Luis şəhərində atışma baş verib.
Bu barədə yerli “St. Louis Post-Dispatch” qəzeti polisə istinadən məlumat yayıb.
Polisin nümayəndəsi Mişel vidinq bildirib ki, 3 nəfər hadisə yerində ölüb, 1 nəfər isə ayağından güllə yarası alıb.
Nəşrin məlumatına görə, atışmanın başvermə səbəbi hələlik məlum deyil.
Silahlı qarşıdurma qruplaşmalar arasında toqquşma nəticəsində baş verdiyi güman edilir.
Polis hadisə yerindən silah götürüb.