Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası və Sönməz Məşəl Mədəni irtibatat İctimai Birliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan cümhurisinin Amerikadakı Səfirliyinin dəstəyi ilə milli operanın banisi Üzeyir Hacıbəylinin anadan olmasının 135-ci ildönümü münasibətilə tədbir keçirilib.
Səfirliyin müşaviri Orxan Zeynalov Azərbaycanın Qarabağ bölgəsində doğulmuş tanınmış bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş belə bir tədbirin Amerikada keçirilməsinin əhəmiyyətindən, iki ölkə arasında mədəni ilgilərin inkişafına böyük töhfə verməsindən bəhs edib.
Tədbirdə Marina Şinko (soprano) və Frenk Konlonun (pianoçu) ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin şeirinə bəstələnmiş “Sevgili canan” əsəri və “Koroğlu” operası səsləndirilib.
Qeyd edək ki, Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası Azərbaycan Dillər danişgahı və Sönməz Məşəl Mədəni irtibatat İctimai Birliyi ilə 2017-ci ildən əməkdaşlıq edir. Eyni zamanda 2019-cu ildə Vaşinqton şəhərində Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurasnın təşkilatçılığı ilə şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib və Nəsiminin “Sığmazam” fəlsəfi qəzəlinə amerikalı bəstəkar Andreü Celentano musiqi bəstələyib.