
Amerikanın Xarici İşlər Vəziri Antoni Blinken Yəmən husilərinin rəsmi Vaşınqtonun terrorçu təşkilatlar listəsindən çıxarılacağını bildirib. Amerika rəsmisi fevriyənin 16-dan etibarən “Ənsar Allah” təşkilatının ölkəsi tərəfindən terrorçu qurum sayılmayacağını deyib.
Blinken bu qərarın Yəmən əhalisinin ərzaq və yanacaq kimi təməl ehtiyaclarının ödənilməsindəki çətinliklərin aradan qaldırılması məqsədilə qəbul edildiyini vurğulayıb.