Dünya

Amerika İraqdakı səfirliyinə hücumu pisləyib

Amerikanın İraqın paytaxtı Bağdaddakı səfirliyinin atəşə tutulmasını qətiyyətlə pisləyir, hadisənin araşdırılmasını və təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb edir.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Dekabrın 8-i səhər tezdən Bağdadın mərkəzində yüksək mühafizə olunan “Yaşıl zona”ya raket hücumu olub, ərazidəki ABŞ səfirliyi hədəfə alınıb. Amerika diplomatik missiyasının məlumatına görə, hücum nəticəsində, xəsarət alan olmayıb.

İraqın Baş naziri Məhəmməd əl-Sudani hücumu terror aktı adlandıraraq, bunun motivindən asılı olmayaraq, qəbuledilməzliyini deyib və hücuma görə məsuliyyət daşıyanların tapılaraq məsuliyyətə cəlb olunmasını əmr edib.

Qeyd edək ki, oktyabrın 17-dən bu günə kimi ABŞ-ın İraq və Suriyada yerləşən qüvvələrinə qarşı 85 dəfə hücum edilib.

Bu hücumların arxasında İrana bağlı silahlı qruplaşmaların dayandığı bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button