
CENTCOM-un bildirdiyinə görə, Amerika qüvvələri hücumlara “Apaçi” hücum helikopterləri ilə cavab verib.
Ən azı üç avtomobili hədəf alınıb və raketlərin atılmasına görə məsuliyyət daşıdığı güman edilən bir neçə nəfəri öldürülüb.
Məlumata görə, qarşıdurma yerli vaxtla saat 7:20 radələrində başlayıb, amerikan qüvvələrinin yerləşdiyi bazaya raket həmlələri və cavab hücumu təxminən iki saat davam edib.
Adının açıqlanmasını istəməyən Ağ Ev rəsmiləri “Reuters”-ə bildiriblər ki, ilkin məlumatlar Amerikanın zərbələri nəticəsində İranın dəstəklədiyi qeyri-müəyyən sayda yaraqlı öldürülüb.
“İranın dəstəklədiyi qüvvələrin dünyanın heç bir yerində, o cümlədən Suriyadakı qüvvələrimizə qarşı hücumlarına dözməyəcəyik. Qüvvələrimizi bu cür hücumlara qarşı cavab verməkdən çəkinməyəcəyik”,-deyə, Amerika müdafiə nazirinin müdafiə məsələləri üzrə müavini Kolin Kall bildirib.
Amerikanın yüksək rütbəli müdafiə rəsmisi də “Politico”-ya bildirib ki, İran İnqilab Keşikçiləri Korpusu bu hücumları təşkil etməkdə məsuliyyət daşıyır.