DünyaİranSiyasət

Amerika İranın iki kiberagenti ilə bağlı məlumat almaq üçün 10 milyon dollar mükafat təyin edib

Amerika Xarici İşlər Nazirliyi 2020-ci ildə ölkədə seçki prosesinə müdaxilə etmək istəyən İranın iki kiberagenti ilə bağlı məlumat əldə etmək üçün 10 milyon dollar mükafat təyin edildiyini bildirib.

“Aznews tv”: Nazirliyin bəyanatında deyilir ki, “İmannet Pasargad” şirkətini təmsil edən Məhəmmədhüseyn Musa Kazımi və Səccad Kaşian İran hökumətinin ən azı 2020-ci ilin avqustundan noyabr ayınadək davam edən çoxmərhələli virtual əməliyyatı ilə ixtilaf salmaqla amerikalı seçicilərin seçki sisteminə inamını sarsıtmağa çalışıblar.

Qeyd edilib ki, Kazımı Amerikda media şirkətlərindən birinin serverinə və elektron poçt adreslərinə girərək seçicilərə təhdidedici e-maillar göndərməyə çalışıb.

Bildirilir ki, Kaşian isə kiber kampaniyanın şəbəkə infrastrukturunu idarə edib və bəzi sosial media hesablarını satın almaq niyyətində olub.

Related Articles

Bir cavab yazın

Back to top button