
Bu barədə “Quardian” məlumat yayıb.
Gələcək razılaşma yolunda əsas maneə kimi görünən məsələ Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Araqçı ilə Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən ilkin danışıqlarda gündəmə gətirilib.
Tehran israrla son dörd il ərzində yığılan ehtiyatların (zənginləşdirilmiş uranın) Beynəlxalq Atom Enerjisi Agentliyinin ciddi nəzarəti altında İranda qalmalı olduğunu bildirir.
İran tərəfi bunu Amerikanın gələcək administrasiyasının sazişdən çıxacağı təqdirdə ehtiyat tədbiri kimi görür.
Qeyd edək ki, İran xarici işlər naziri Abbas Araqçının bu həftə Moskvaya planlaşdırılan səfərinin də bununla bağlı olduğu ehtimal edilir.