Sözügedən qurumlar gizli maliyyə şəbəkəsi və “kölgə bankçılıq” yaratmaqla İrana sanksiyalardan yayınmağa kömək ediblər.
Amerikanın Maliyyə Nazirliyinin açıqlamasına görə, İranın “Xəlic-Fars Neft-Kimya Sənayesi Şirkəti” və “Trilins Neft-kimya Şirkəti” İranın sanksiyalardan xilas olması üçün gizli maliyyə şəbəkəsini təmin edən qurumlar sırasındadır.
Amerika Maliyyə Nazirliyi başqa bir açıqlamada İranın pilotsuz təyyarə proqramı ilə bağlı 5 şirkət və bir fiziki şəxsə də sanksiya tətbiq etdiyini açıqlayıb.
Bu şirkətlərin əksəriyyəti Çin və Honq Konqda yerləşir və İran Aviasiya Sənayesinə “Şahid 136” pilotsuz uçan aparatının istehsalına kömək ediblər.