Bu barədə Almaniya mediası məlumat yayıb.
Qeyd edilib ki, İran və Almaniya vətəndaşı olan 36 yaşlı şəxsin əsas hədəfi məktəbin yanındakı yəhudi sinaqoqu olub.
“Sinaqoqun güclü mühafizəsi olduğu üçün o, partlayıcı və alışdırıcı maddələri sinaqoqun yanındakı məktəbə atıb”, – məhkəmənin məlumatında deyilir.
Təqsirləndirilən şəxs sentyabrın 12-də Düsseldorf Regional Ali Məhkəməsində mühakimə olunacaq.
Yayımlanan ittiham aktına əsasən, bu şəxs sinaqoqun yandırılması ilə bağlı İran dövlətinə bağlı şəxslərdən göstəriş alıb.