
Reuters-in məlumatına görə, prokurorlar sentyabrın 8-i elan ediblər ki, polis bu qaçaqmalçı dəstəyə qarşı apardığı əməliyyat zamanı təxminən 700 kiloqram heroin müsadirə edib və bu, bu günə kimi Almaniyada aşkar edilmiş ən böyük heroindir.
Narkotik maddələr avqustun sonunda Almaniyanın Hamburq limanında ələ keçirilib. Dörd şübhəli şəxs də Almaniya və Hollandiyanın bir neçə şəhərində on evdə axtarış apardıqdan sonra saxlanılıb.
Polisin onların sənədlərini, noutbuklarını, smartfonlarını, kompüter məlumat saxlama cihazlarını və avtomobillərini müsadirə etdiyi bildirilir.
Saxlanılan şəxslərin birinin iranlı olması və cinayətkar dəstənin İranla əlaqəli olması barədə məlumat verilməsinə baxmayaraq, onların adları açıqlanmayıb.