Dünyaİran

Almaniya vətəndaşı olan iranlı barədə edam hökmü verildi

İran məhkəməsi ikili vəttəndaşlığı olan Cəmşid Şarməhdi edam cəzasına məhkum edib.

Fevralın 21-də keçirilən məhkəmədə Şarməhdə vəkillə təmin olunması icazəsi verilməyib.

Məhkəmə Şarməhdin “terror aktlarının hazırlanması və yönləndirilməsi” ilə məşğul olduğunu iddia edərək, onu “ictimai asayişin geniş şəkildə pozulmasına səbəb olan” hərəkətlərdə ittiham edib.

67 yaşlı Şarməhd Almaniya vətəndaşıdır. 2003-cü ildən Kaliforniyada yaşayıb. 2020-ci ilin iyul ayında Yaxın Şərqə səfər edərkən İran təhlükəsizlik məmurları tərəfindən qaçırılaraq İrana köçürülüb.

Onun Qızı Qəzalə Şarməhd atasının radio müxbiri olduğunu və sadəcə xalqın narazılığını əks etdirdiyini deyib cə atasına qarşı irəli sürülən ittihamların saxta olduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button