O, adı çəkilən mərkəzin İranın mənafelərinə xidmət etdiyini deyib.
Nuripur bildirib ki, İran hökuməti Hamburq İslam Mərkəzi adı altında Almaniyada casusluq şəbəkəsi qurub və bu ölkədə yaşayan müxalif iranlılardan casusluq edir.
Qeyd edək ki, Almaniyanın Daxili Təhlükəsizlik Təşkilatı çoxsaylı hesabatlarında Hamburq İslam Mərkəzinin İranın şiə ideologiyasını yayması ilə bağlı xəbərdarlıq edib.
Bu mərkəzin müavini 2022-ci ilin noyabrında Almaniyada terror qruplaşması sayılan Livan Hizbullahının üzvləri ilə əlaqədə olmaq ittihamına görə bu ölkədən qovulub.