Dünyaİran

Almaniya İranın ölkədəki bütün konsulluqlarını bağlayır

ZDF saytı yazır ki, Almaniya hökuməti öz ərazisindəki bütün İran baş konsulluqlarını bağlamaq qərarına gəlib.

Mənbənin sözlərinə görə, söhbət Frankfurt-Mayn, Hamburq və Münhendəki diplomatik nümayəndəliklərdən gedir.

İranın Berlindəki səfirliyi fəaliyyətini davam etdirəcək.

Almaniyanın bu qərarı İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarməhdin İranda edam edilməsinə reaksiyadır.

Habelə Almaniyanın xarici işlər naziri Baerbok Aİ-ni SEPAH-ı terror təşkilatları siyahısına əlavə etməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button