İran

Al Arabiya: Suriyada 11 SEPAH zabiti öldürülüb

İsrailin Dəməşq hava limanına endirdiyi aviazərbələr nəticəsində SEPAH-nin 11 yüksəkrütbəli üzvü həlak olub. Bu barədə “Al Arabiya” öz mənbələrinə istinadən məlumat yayıb.

Ötən gecə Suriya Müdafiə Nazirliyi İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqin ətrafını atəşə tutduğunu bildirib.

Dekabrın 25-də İsrailin Dəməşq yaxınlığında iranpərəst qrupların hərbi hədəflərinə endirdiyi zərbələr nəticəsində SEPAH-nin Suriyadakı baş məsləhətçilərindən biri Musəvi də məhv edilib. O, 2020-ci ildə amerikalılar tərəfindən məhv edilən Sepah-e-Qods xüsusi təyinatlı qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin müttəfiqi idi. Musəvi Süleymanidən sonra məhv edilən ilk yüksəkrütbəli SEPAH zabiti oldu.

Related Articles

Bir cavab yazın

Back to top button