Dünyaİran

Al Arabiya: İran Suriyanı SEPAH zabitlərinin ləğvində əli olmaqda ittiham edir

İran aprelin 1-dən Suriya və Livandakı SEPAH-nin “Sepah-e-Qods” xüsusi təyinatlı qüvvələrinin komandiri Məhəmməd Rza Zahedinin məhv edilməsində suriyalı qrupların əli olduğundan şübhələnməyə başlayıb.

Bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı məlumat yayıb. Qeyd olunur ki, Suriya müxalifətinin bir üzvü İran rəsmisi ilə söhbətdən sonra Suriyada SEPAH-nin 18 yüksəkrütbəli üzvünün qətlindən sonra Tehranın şübhələrini təsdiqləyib.

Mənbəyə görə, SEPAH-nin baş müşaviri Səid Rza Musəvinin 2023-cü il dekabrın 25-də Suriyada zərərsizləşdirilməsindən sonra ölkələr “ölkədə mümkün təhlükəsizlik pozuntularını” izləmək üçün birgə araşdırmaya başlayıblar.

Lakin müəyyən mərhələdə İran Suriya kəşfiyyatının müdaxiləsindən qorxduğu üçün müstəqil araşdırma aparmaq qərarına gəlib. Vurğulanır ki, nəticədə iranlılar belə qənaətə gəliblər ki, SEPAH-nin üzvlərinin öldürülməsi Suriya siyasətçiləri və təhlükəsizlik xidmətlərinin pərdəsi altında baş verib, lakin prezident Əsədin “onlardan çətin ki xəbəri var idi”.

Related Articles

Bir cavab yazın

Back to top button