Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Mişel Başelet: İranda insan haqları pozuntusunun səviyyəsi və gələcəyi faciəli durumdadır

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komiserı Mişel Başelet İran rejiminin etirazçılar, mədəni fəallar, vəkillər və insan haqları fəallarını qorxutduğunu, təhdid etdiyini, qanunsuz həbsləri, ittiham və hətta edam etdiyini deyib.
Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının baş dəbirinə İranda insan haqlarının pozulması ilə bağlı verilmiş son rapor ölkədə dinindən, cinsiyətindən və milli kimliyindən asılı olmayaraq, insan haqlarının gələcəyinin hər kəs üçün faciəli durumda olacağından xəbər verir.
Mişel Başelet habelə qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının baş dəbiri başqa ölkələrdə çox ağır cinayət hesab edilməyən ittihamlara görə edam cəzası verilməsindən, özəlliklə də edam hökmünün işgəncə altında alınmış “icbari etiraf” nəticəsində çıxarılmasından nigarandır
O, sonda 1398-ci ildə “benzin etirazları”nda etirazçıların İran rejiminin əmniyət qüvvələri tərəfindən qətliam edilməsini “son 10 ildə etirazçılara qarşı hökumət zorakılığının ən pis nümunəsi” adlandırıb.
Bildirək ki, Birləşmiş Millətlər Təşkilatı baş dəbirinə önərilmiş sözügedən quzarişdə İranda 2 juən 2019-cu ildən 13 mars 2021-ci ilə qədər baş vermiş insan haqları pozuntuları barədə bilgi verilir.

Related Articles

Bir cavab yazın

Back to top button