Azərbaycanİran

Ağır cəzaya məhkum edilən güneyli ailə açıq məktub yayıb

Həbs və sürgün cəzasına məhkum edilən güneyli cütlük Həmid və Fərzanə Qarahəsənlinin ailəsi onların vəziyyəti ilə bağlı açıq məktub yayıb.

Məktubda onların şərlənərək həbs edildiyi, saxta ittihamlarla bağlı etiraf almaq üçün ağır işgəncələrə məruz qaldığı və işləmədikləri cinayətə görə ədalətsiz məhkəmə tərəfindən ağır cəzaya məhkum edildiyi qeyd edilib.

“Etmədiyimiz hansı günaha görə cəzalandırılırıq?”,- ailənin məktubunda yazılıb.

Məktubda Ruhullah Əcəmiyan adlı yarımhərbi Bəsic qüvvələrinin üzvünün öldürülməsi, bununla bağlı Həmid və Fərzanə Qarahəsənlinin həbsi, onlara verilən işgəncələr və sonrakı proseslər izah edilib.

Qeyd edək ki, İran təhlükəsizlik məmurları 2022-ci il noyabrın 4-də Kərəc şəhərində 53 yaşlı azərbaycanlı rentgenoloq Həmid Qarahəsənlinin Kərəc şəhərində yerləşən evinə hücum edərək o və həyat yoldaşı 46 yaşlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənlini həbs ediblər.

Onlar etiraz aksiyasında hökumət məmurları tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra yarım hərbi Bəsic üzvünün öldürülməsindəki saxta ittihamla saxlanılıblar.

Aır işgəncələrə məruz qalan Həmid Qarahəsənli edam, Fərzanə Qarahəsənli isə 20 il həbs cəzasına məhkum edilib.

Sonradan onların işi Ali Məhkəmədə araşdırılıb və son olaraq Həmid Qarahəsənli sürgündə 15 il, Fərzanə Qarahəsənli isə sürgündə 5 il həbs cəzasına məhkum ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button