Site icon Aznews TV

“Ağdam yolu açılacaq, Bakı ilə danışıqlara başlamaq lazımdır” –Samvel Babayan

O deyib ki, Ağdamdan iki tərəfli ticarət yolu hökmən açılacaq: “Həm Ağdamdan, həm də Gorusdan ikitərəfli ticarət əlaqələrinə başlamaq lazımdır.

Bu, istəsək də, istəməsək də baş verəcək. Qarabağa hava şarı ilə enənlər fikirləşirlər ki, kütləvi nümayişlərlə nəyi isə dəyişə bilərlər.

Amma dünyada hər gün bəlkə də 200 min insan aclıqdan ölür. Beynəlxalq ictimaiyyət heç buna əhəmiyyət belə vermir. Dünya üçün bu aksiyaların heç bir mənası yoxdur”.

Babayan deyib ki, Azərbaycan Türkiyə ilə birgə irəliyə doğru hərəkət edəcək: “Niyə insanlara həqiqəti demirsiniz? müharibəni uduzduqda, oyunun qaydalarını qəbul etməlisən”, – Babayan bildirib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, bu heç bir müsbət dəyişiklik yaratmayacaq: “Ortada bir gerçəklik var. Müharibədə hər şeyi itirdik. İndi bizə vasitəçiləri  gözləmədən Azərbaycanla birbaşa danışıqlara başlamaq lazımdır”.

Babayanın sözlərinə görə, Azərbaycan Ermənistandan göndərilən 400 ton humanitar yardımın Xankəndinə çatdırılmasına icazə verməyəcək.

Exit mobile version