Dünya

Ağ Ev sözçüsü: İranla nüvə danışıqları ilə yanaşı başqa variantları da nəzərdən keçiririk

Xatırladaq ki, Amerikanın milli əmniyət müşaviri Cek Sallivanın başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti İranla bağlı məsələləri müzakirə etmək üçün bu həftə İsrailə səfər edəcək.

Vyanada atom anlaşmasına dair müzakirələrin yeddinci mərhələsinin sona çatmasından üç gün sonra Ağ Evin sözçüsü dekabrın 20-də Amerika tərəfdaşlarının dəstəyi və əməkdaşlığı ilə başqa variant üzərində işin davam etdirildiyini bildirib.

“Aznews tv” xəbər verir ki, Cen Psaki mətbuat konfransında deyib: “Müzakirələrin sonuncu mərhələsində iranlıların məsələyə yanaşma üslubu səbəbi ilə Co Bayden milli əmniyət komandasında bizdən tələb etdi ki, diplomatiya uğursuz olacağı halda digər variantlara hazır olaq və biz bu işi öz müttəfiqlərimizlə məsləhətləşərək davam etdirmişik. Hələlik sonrakı addımlarla bağlı deyəcəyimiz nəsə yoxdur”.

Ağ Evin mətbuat konfransı ilə eyni vaxtda, Amerika Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays da nüvə anlaşmasına dair danışıqların başa çatması ilə bağlı deyib: “Biz alternativ yollarla bağlı düşünmək üçün vaxt itirmirik və bununla bağlı sizin düşündüyünüzdən daha çox iş görmüşük. Biz bölgədə və ondan kənardakı müttəfiqlərimiz və “5+1″ ölkələri ilə alternativ variantlarla bağlı fəal şəkildə araşdırmalar aparırıq”.

Xatırladaq ki, Amerikanın milli əmniyət müşaviri Cek Sallivanın başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti İranla bağlı məsələləri müzakirə etmək üçün bu həftə İsrailə səfər edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button