Bu barədə jurnalistlərə ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.
“Prezident Bayden Prezident Zelenski ilə təkbətək danışığı səbirsizliklə gözləyir”, – rəsmi deyib. Lakin o, bununla belə rəsmi məlumatın olmadığını da vurğulayıb.
Sallivan Zelenskinin Yaponiyaya gəlişinin təmin edilməsində ABŞ-ın əli olub-olmaması ilə bağlı sualı da cavablandırıb: “Zelenskini bura gətirən ölkə ABŞ deyil”.