“Bu gün Buxarest şəhərində təşkil olunmuş püşkatma mərasimində AFFA-nın rəhbərliyi ilə birgə iştirak etdik”.
Bunu AFFA-nın baş katibi Elxan Məmmədov AVRO0-2020-nin püşkünün nəticələri barədə danışarkən deyib. Milli assosiasiya rəsmisi Bakıda keçiriləcək A qrupunun oyunlarından 2-nin Türkiyə yığmasının iştirakı ilə keçiriləcəyindən məmnunluq ifadə edib: “Sevindirici haldır ki, Bakı da Avropa çempionatına evsahibliyi edəcək şəhərlərdən biridir. Qrup mərhələsinin 3 oyunu ilə yanaşı, Bakı 1/4 final mərhələsinin oyunlarının keçiriləcəyi 4 şəhərin də sırasındadır. Böyük bir futbol bayramının birbaşa iştirakçısı olacağıq. Xüsusilə, Türkiyə millisinin qrup mərhələsində Bakıda 2 oyun keçirəcəyi bizi sevindirir. Təbii ki, Türkiyə futbolunun Azərbaycanda azarkeşləri çoxdur. Üstəlik, Türkiyədən öz milli komandalarının oyununa getmək istəyənlər üçün ən rahat, ən yaxın və ən dogma şəhər Bakıdır. Bu baxımdan həm bizim üçün çox şanslı püşkatma oldu ki, Türkiyə millisi Bakıda oynacaq. Eyni zamanda, Türkiyə komandası üçün də uğurlu püşk alındı ki, rəqibləri ilə Azərbaycanın paytaxtında qarşılaşacaqlar”.
E.Məmmədov Uels və isveçrə milliləri barədə də danışıb: “Uels millisinin azarkeşlərinə də sözümüz var: Bakıda pivə keyfiyyətlidir və Uelsdəkindən ucuzdur. Bu bir zarafat olsa da, hər zarafatın mahiyyətində bir ciddi məqam da var. Təbii ki, İsveçrə azarkeşlərini də Bakıda gözləyirik və ölkəmizə təşrif buyuracaq bütün futbolsevərlər böyük futbol festivalının şahidi olacaqlar”
(Report)