
O bildirib ki, Tehranla əldə etdiyi razılaşmaya əsasən, İrandakı bəzi nüvə obyektlərində yeni kameraların quraşdırılması prosesinə başlanılıb. Qrossi prosesin bir neçə həftə çəkəcəyini vurğulayıb.
Qeyd edək ki, ötən ilin iyununda İran bir sıra nüvə obyektlərindən müşahidə kameralarını yığışdırıb. Bundan sonra Qrossi yaranan boşluqdan narahatlığını bildirib.