Azərbaycanİran

Aclıq aksiyası keçirən azərbaycanlı vəkil zindanın klinikasına yerləşdirildi

4 ay yarım əvvəl həbs edilən Azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvi aclıq aksiyası nəticəsində sağlıq durumunun pisləşməsi üzündən Tehranın Evin zindanının klinikasına yerləşdirilib.

İnsan haqları müdafiəçilərinin məlumatına görə, ETTELAAT qüvvələri və məhkəmənin qanunsuz əməllərinə etiraz edən vəkil iyun ayının 13-dən aclıq aksiyasına başlayıb.

Buna görə həbsxana nəzarətçiləri Tahir Nəqəvini döyüb və təkadamlıq kameraya salıblar. Bundan sonra isə fəalın sağlıq durumu pisləşib.

Qeyd edək ki, hüquqşünasın yaxınlarının müraciətlərinə baxmayaraq, onun ittihamı və hazırkı durumu barədə açıqlama verilmir.

Related Articles

Bir cavab yazın

Back to top button