ANT xəbər verir ki, bununla bağlı “Reuters“ agentliyi məlumat yayıb. Məlumatda həmçinin bombaların daşınma prosesində olduğu və qısa müddətdə İsrailə çatmasının gözlənildiyi bildirilib.
Xatırladaq ki, Bayden administrasiyası may ayında İsrailin əhalinin sıx məskunlaşdığı Rəfah şəhərinə hücum edəcəyini elan etməsindən sonra mülki əhalinin tələfatının qarşısını almaq üçün bir tonluq və 227 kiloqramlıq bombaların İsrailə göndərilməsini dayandırmışdı.
Mətbuatda sözügedən silahların 1800 ədəd 1 tonluq, 1700 ədəd isə 227 kiloqramlıq bombalardan ibarət olduğu bildirilirdi.