Dünya

ABŞ və Ukrayna arasında təhlükəsizlik sazişi imzalanıb

Aznews xəbər verir ki, İtaliyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə birlikdə təhlükəsizlik sazişinə qol çəkib.

Mərasim “Böyük Yeddilik” ölkələri (G7) sammiti çərçivəsində baş tutub.

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ-Ukrayna təhlükəsizlik sazişi 10 il müddətinə bağlanacaq:

“Sadə dillə desək, bu o deməkdir ki, biz Ukraynanı növbəti 10 il ərzində müdafiəsini gücləndirməkdə dəstəkləyəcəyik”, – deyə o qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button