ANT xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Bəyanata əsasən, Amerika tərəfdən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məsləhətləşmələrdə iştirak edib, İsrail tərəfini isə ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsahi Haneqbi təmsil edib.
Telefon danışığı zamanı tərəflər Qəzza zolağındakı vəziyyətə və HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi istiqamətində davam edən səylərə dair müzakirələr aparıblar.