Vaşinqton və Tehran girov mübadiləsi edib.
“İnterfaks”a istinadən xəbər verir ki, ABŞ İran tərəfinə alim Məsud Süleymanini, İran isə ABŞ-a tələbə Syue Vanı təhvil verib.
Süleymani 2018-ci ilin oktyabrında Amerikanın Minnesot ştatında FTB əməkdaşları tərəfindən heç bir ititham irəli sürülmədən həbs edilib. Syue isə 2016-cı ildə İranda casusluq şübhəsi ilə tutulub.
“Çox şadam ki, professor Süleymani və Syue Van tezliklə ailələrinə qovuşacaqlar”, – deyə İranın Xarici işlər naziri Cavad Zərif bildirib. Zərif mübadilədə iştirak edən hər kəsə, o cümlədən İsveçrə hökumətinə təşəkkürünü bildirib.