ANT-nın TASS-a istinadən verdiyi məlumata görə, Kirbi bildirib ki, F-35 proqramı Türkiyə üçün S-300 və ya S-400 raketlərinin istifadəsi ilə uyğun gəlməyəcək.
Kirbi vurğulayıb ki, bu səbəbdən müzakirələr davam edir, Türkiyə bu məsələ ilə bağlı narahatlığı aradan qaldıra bilsə, F-35 proqramına doğru hərəkəti bərpa oluna bilər.
Bundan əvvəl ABŞ Dövlət Departamenti Yunanıstana F-35 qırıcıları və lazımi avadanlıqların satışını təsdiqləyib.