Merilend ştatını təmsil edən senator-demokrat Kris Van Hollen və Cənubi Karolinanın təmsil edən respublikaçı Lindsi Qrem Mayk Pompeoya Türkiyə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı çağırış ediblər.
Aznews.tv xəbər verir ki, dövlət katibinin ünvanına yazılan məktubda Türkiyənin öz öhdəliklərini öozduğu halda sanksiyalarla üzləşməli olduğu bildirilir.
“Türkiyənin iqtisadiyyatı məhv edilməlidir, çünki bizə bu ölkənin və ona loyal olan silahlı qüvvələrin Tel-Tamer ətrafında kürdlərə hücum etmələri barədə məlumatlar gəlir. Əgər bu məlumat öz təsdiqini taparsa, deməli Türkiyə öz öhdəliklərini pozub və sanksiyalara məruz qalmalıdır”, – deyə məktubda yazılıb.
Aznews.tv