Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

ABŞ PUA istehsalı ilə məşğul olan İranın 4 hüquqi və 1 fiziki şəxsinə sanksiya tətbiq edib

Birləşmiş Ştatlar İranda pilotsuz uçuş aparatları hazırladığına görə dörd hüquqi və bir fiziki şəxsə sanksiya tətbiq etməkdə Avropa İttifaqına qoşulub. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

Onun yazılı açıqlamasında qeyd olunub ki, məhdudlaşdırıcı tədbirlərə “əvvəllər Amerikanın qara siyahısına daxil edilmiş “Rayan Roshd Afzar” şirkəti ilə əlaqəli dörd struktur, eləcə də İran Aviasiya Sənaye Təşkilatı rəhbərliyinin nümayəndəsi daxildir. Mətbuat katibinin sözlərinə görə, söhbət Aİ-nin “İranın Yaxın Şərqdə sabitliyi pozan davranışına və terroru dəstəkləməsinə görə sanksiyalar tətbiq etmək üçün yeni səlahiyyətlərin” ilk istifadəsindən gedir.

Qeyd edək ki, ABŞ İranı Yaxın Şərqdə terrorizmi dəstəkləməkdə ittiham edir. Tehran Vaşinqtonun bu cür ittihamlarını rədd edir.

Related Articles

Bir cavab yazın

Back to top button