Dünyaİran

ABŞ Konqresində İranla bağlı yeni qətnamə təklif olundu

ABŞ konqresində İran sərnişin və yük təyyarələrinin Avropa və NATO-a üzv ölkələrin hava limanlarına enməsini qadağan etməyi tələb edən yeni qətnamə təklif olunub.

Bu barədə ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Keyt Self açıqlama verib.

Qətnamədə İran hökumətinin dünyada terrorizmi dəstəkləyən ölkə olduğu üçün ona qarşı mümkün qadağaların qoyulması istənilib.

“İran hökuməti və ona bağlı qüvvələr gizli terror əməliyyatları üçün çox vaxt mülki şəxslərdən və mülki infrastrukturdan, xüsusən də hava yolları və hava limanlarından qalxan kimi istifadə edirlər”,- konqresmen bildirib.

Qeyd edək ki, Amerika bundan əvvəl İranın “Mahan Air”, “İran Air” və “Fars Air Qeşm” hava şirkətlərinə qarşı sanksiya tətbiq edib.

Related Articles

Bir cavab yazın

Back to top button