Site icon Aznews TV

ABŞ İranın nüvə proqramını məhv edəcəyini düşünür

ABŞ prezidentinin girovlarla iş üzrə xüsusi nümayəndəsi Adam Behler “Fox News”a müsahibəsində deyib ki, İranın nüvə proqramını məhv etməkdə İsrailə kömək etmək Amerika üçün çətin olmayacaq.

Behlerin müsahibəsindən bir neçə saat öncə ABŞ Konqresinin Respublikaçı senatoru Lindzi Qraham İranın uranı zənginlədirməsi fəaliyyətlərini tamamilə dayandırmağa və yüksək zənginləşdirilmiş uranın bu ölkədən çıxarılmasına çağırıb.

O, sözügedən telekanala müsahibəsində deyib ki, “dünyada ən çox sabitliyi pozan hadisə İranın nüvə silahı əldə etməsi olacaq”.

Eyni zamanda ABŞ  dövlət katibi Marko Rubio deyib ki, “İranın aşkarda və gizlində dedikləri üst-üstə düşmür. Biz heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik”.

Exit mobile version