
Cümə günü ABŞ, İran İnqilabı Keşikçiləri Korpusuna (İİKK) maliyyə yardımı göstərdiyi üçün, İranın neft-kimya sənayesinə, o cümlədən ölkənin ən iri neft-kimya holdinqinə qarşı yeni sanksiyalar tətbiq edib.
Aznews.tv-nin Reuters-ə istinadən verdiyi məlumata əsasən, bu haqda ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
İİKK-na iqtisadi dəstək göstərdiyi üçün Persian Gulf Petrochemical Industries Company (PGPIC) qara siyahıya salınıb.
Bundan başqa ABŞ 39 kiçik neft-kimya şirkətindən və xaricdə yerləşən ticarət agentlərindən ibarət şəbəkəyə qarşı da sanksiyalar tətbiq edib.
“Bu sanksiyalarla biz İİKK-na yardım göstərən İranın neft-kimya sahəsinin mühüm elementlərinin maliyyəsini kəsmək niyyətindəyik”, – deyə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.
Aznews.tv