Bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Pili deyib.
“G7-yə üzv ölkələr İranın Rusiyaya ballistik raketlər tədarükünün əhəmiyyətli cavab veriləcəyini açıq şəkildə bəyan ediblər. Biz İrandan tələb edirik ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək anlamına gələn bu cür hərəkətlərdən çəkinsin”,- o bildirib.
Qeyd edək ki, martın 15-də G7 ölkələri bəyanat yayaraq, İranın Rusiyaya ballistik raketlər və ya texnologiya ilə təmin etməyə davam edəcəyi təqdirdə, İrana qarşı yeni və ciddi tədbirlər də daxil olmaqla, koordinasiyalı şəkildə cavab verməyə hazır olduqlarını deyiblər.