Dünyaİran

ABŞ institutu: “İranda etirazlar artır, rejim böhranla üz-üzədir”

“İranda etiraz fəallığı artır. Rejim bir çox fərqli sahələrdə böhranla üz-üzədir”.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, bunun əsas səbəbi rejimin səriştəsizliyi və idarəetmənin düzgün qurulmamasıdır: “Dünən, fevralın 28-də İranın 14 əyalətində 20 etiraz aksiyası keçirilib. Onlardan 18-i İranın pisləşən iqtisadi durumu ilə bağlıdır. Bu etirazlar göstərir ki, İranda aksiya iştirakçılarının fəallığı güclənir”.

Məlumata görə, fevralın 28-də İranda 10 aylıq Asiya gepard balası öldürülüb: “Fəallar bunu rejimin ekologiya sahəsindəki səriştəsizliyinin növbəti təzahürü kimi qiymətləndirirlər. 2022-ci ilin sonundan indiyədək İranın ən azı 10 şəhərində yüzlərlə məktəbli qız zəhərlənmə əlamətləri ilə üzləşib. Onlarda öskürək, bədənin müxtəlif hissələrinin uyuşması, titrəmə müşahidə olunub. Bəziləri xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının komandanı briqada generalı Əhməd Rza Radan dünən deyib ki, sözügedən hadisələr araşdırılır. Onun bildirdiyinə görə, cinayətkarlar hələ tapılmayıb. Bəzi sosial media istifadəçilərinin fikrincə, bu, iranlı qadınları təhsildən məhrum etmək üçün atılan addımdır”.

Xatırladaq ki, İranda etiraz aksiyaları ötən ilin sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb. (Report.az)

Related Articles

Bir cavab yazın

Back to top button