ABŞ Dövlət katibi Mayk Pompeo İsrailə səfər edib.
Dövlət katibi bu barədə Tvitter səhifəsində yazıb.
“Baş nazir Binyamin Netanyahu və Knesset spikeri Beni Qantzla iki əsas təhlükə – İran və koronavirusla mübarizə aparmaq üçün İsraildə olmaqdan məmnunam. İsrail və ABŞ çiyin-çiyinə bunlarla mübarizə aparacaq”, – Pompeo bildirib.