DünyaİranSiyasət

ABŞ-ın AEBA-dakı nümayəndəliyi İranla danışıqlara hazır olduğunu bildirib

ABŞ hələ də ön şərtsiz İranla danışıqlara hazırdır.

Aznews.tv-nin verdiyi məlumata əsasən, bu haqda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) təcili sessiyası çərçivəsində ABŞ nümayəndəsi Ceki Uolkott bəyan edib.

“Biz İranı nüvə proqramı ilə bağlı öncə atılan addımlardan çəkinməyə və bu istiqamətdə gələcək planları dayandırmağa çağırırıq. ABŞ birmənalı olaraq bizim ön şərtsiz danışıqlara hazır olduğumuzu bidirib və biz İrana münasibətlərin tam normallaşması imkanı təklif edirik”, – deyə Uolkott əlavə edib.

Onun sözlərinə görə, AEBA-nın bütün üzvləri İranı dərhal sülhə və diplomatik həllə istiqamətlənmiş danışıqlarda iştirak etməyə çağırmalıdır.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button