Site icon Aznews TV

ABŞ husilərə məxsus sualtı pilotsuz aparatı vurub

Mərkəzi Komandalıq fevralın 18-i bu barədə bəyanat yayaraq husilərə qarşı 5 uğurlu əməliyyat keçirildiyini bildirib.

Bəyanata əsasən həmlə əməliyyatları keçirilməklə gəmi əleyhinə 3 kryuz raketi, bir suüstü pilotsuz qayıq və bir sualtı pilotsuz aparat məhv edilib.

Komandanlığın bəyanatında husi üsyançıların sualtı pilotsuz aparatdan ilk dəfə istifadə etdikləri qeyd olunub.

“Husilərə məxsus bu silahlar bölgədə ABŞ Dəniz Qüvvələri və ticarət gəmilərinə potensial təhlükədir.

Onların məhv edilməsi beynəlxalq sularda hərəkət edən gəmilərin təhlükəsizliyini təmin etmək  və qorunmaları üçün olunub”= Komandanlığın bəyantında deyilir.

Exit mobile version