Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

ABŞ HƏMAS ilə girovların azad olunmasını müzakirə edir

Vaşinqton administrasiyası HƏMAS-la girovların azad olunması məsələsini müzakirə edir, lakin radikal Fələstin hərəkatına hər hansı nağd ödənişin mümkünlüyünü istisna edir.

“ANT”nin xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, Vaşinqton administrasiyasının rəsmiləri ilə HƏMAS nümayəndələri arasında birbaşa təmasların olduğunu təsdiqləyib. “Biz israilli girovlardan danışırıq”, – ABŞ lideri izah edib. “Biz HƏMAS üçün heç nə etmirik, onlara pul vermirik”, – Tramp vurğulayıb.

“Danışmaq lazımdır. Məsləhətləşmələr aparmaqla HƏMAS-a pul ödəmək arasında fərq var”, – o əlavə edib. “Biz bu insanların (girovların-red) azad edilməsini istəyirik”, – dövlət başçısı deyib.

Related Articles

Bir cavab yazın

Back to top button