![](https://www.aznews.tv/wp-content/uploads/2024/02/eb8e29cf-5bba-4308-80a4-e2896ade2fa1-780x470.jpg)
Aznewstv xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“Ölkəmiz cəhənnəmə yuvarlanır. ABŞ Bayden vəzifəyə başlamazdan əvvəl güclü, zəngin, təhlükəsiz və daha inamlı idi”, – o bildirib
D.Tramp qeyd edib ki, prezident administrasiyasının siyasəti səbəbindən milyonlarla insan ölkəyə axışır.
Keçmiş lider Cozef Baydeni ABŞ tarixinin ən pis prezidenti adlandırıb.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.