Layihə Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı və ölkəmizin BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə baş tutub.
Nyu-Yorkun rəmzi hesab olunan və hər gün minlərlə turistin ziyarət etdiyi “Times” meydanındakı nəhəng monitorlarda “8 Noyabr – Azərbaycanın Zəfər Günüdür!” şüarı nümayiş etdirilib.
Eyni zamanda Azərbaycanın ərazi bötüvlüyünün qeyd olunduğu xəritə və İkinci Qarabağ müharibəsinin qəhrəman şəhidlərinin xatirəsinin rəmzi – Qarabağın incisi xarıbülbül əks etdirilib.
Aksiya Nyu-York vaxtı ilə axşam saat 19:00-dan 22:00-a qədər davam edib.