Çıxarılmış sənədə istinadən, məhbus mübadiləsi razılaşmasının bir hissəsi olaraq İranın azad edilmiş 6 milyard dollar vəsaitinin Cənubi Koreyadan Qətərə köçürülməsi mümkün olacaq.
Sənəddə sanksiyaların ləğv edilməsinin ABŞ-nin milli maraqları istiqamətində olduğu qeyd edilib.
Həmçinin baxılması üçün Amerika Konqresinin komitələrinə göndərilib.
Qeyd edək ki, inzibati prosedur olaraq ABŞ həmin 6 milyard dollara tətbiq etdiyi sanksiyanın götürülməsi üçün istisna sənədi çıxarmalı olub.