Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

ABŞ-dan İrana hücum xəbərdarlığı

“Əl-Məyadin” xəbər verir ki, ABŞ prezidenti Donald Trampın danışıqlar tələbini İranın rədd etməsinə Ağ Ev cavab verib.

Ağ Ev İranın danışıqlara qarşı çıxmasına Qətər üzərindən xəbərdarlıq göndərərək bildirib: “İranı hərbi yolla cəzalandırmaq olar”.

Tramp isə deyib ki, “İranın nüvə proqramı ilə bağlı sazişin bağlanması üçün vaxt daralır”.

“İranla bağlı iki yanaşma var: hərbi və sövdələşmə. Mən sövdələşməyə üstünlük verərdim… Biz hərbi qələbə qədər yaxşı bir müqavilə bağlaya bilərik. Ancaq bunun vaxtı artıq yaxınlaşır. Bu və ya digər şəkildə nəsə baş verməlidir”, – deyə o, Fox News-a müsahibəsində  belə deyib.

Eyni zamanda, İranın BMT-dəki missiyası bildirib ki, Tehran öz nüvə proqramı üzrə danışıqlara baxmağa icazə verir, əgər müzakirələrin məqsədi yalnız proqramın mümkün hərbiləşdirilməsi məsələsi güman edilirsə. İran hakimiyyəti isə heç vaxt nüvə proqramının tam ləğvini müzakirə etməyəcək.

Related Articles

Bir cavab yazın

Back to top button