İranın voleybol üzrə yığması ABŞ-ın Çikaqo hava limanında pasport nəzarətindən keçərkən 4 saatdan çox gözləməli olublar.
Aznews.tv xəbər verir ki, komanda Çikaqoya Millətlər liqasının “Altılar finalında” iştirak etmək üçün gəlib.
İran XİN-i bu məsələ ilə bağlı etirazını bildirib.
“Əgər AB, ədalətli mübarizə apara bilmirsə, bu cür yarışmaları heç keçirməsin”, – deyə İran XİN-nin nümayəndəsi Möhsen Baharvənd bildirib.
Qeyd etmək lazımdır ki, “Altılar finalı” Çikaqoda 10-14 iyul tarixlərində keçiriləcək. A qrupunda ABŞ, Rusiya və Fransa, B qrupunda isə İran, Braziliya və Polşa yığmaları yarışacaq.
Aznews.tv