Dünya

ABŞ bu ölkəyə XƏBƏRDARLIQ ETDİ

ABŞ-ın dövlət katibi Antoni Blinken Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyası Ofisinin direktoru Vanq Yi ilə Almaniyada keçirilən 59-cu Münxen Təhlükəsizlik Konfransında bir araya gəlib.

 lenta.ru-ya  xəbər verir ki, bu, “casus şarı” böhranından sonra ABŞ və Çin arasında ilk yüksək səviyyəli görüş olub.
Blinken təxminən bir saat davam edən görüşdən sonra açıqlama verib:
“Çinin suverenliyimizə və beynəlxalq hüquqa zidd olaraq müşahidə şarı göndərməsinin qəbuledilməz olduğunu və bunun bir daha təkrarlanmamasının vacibliyini bildirdim”.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays tərəfindən verilən yazılı açıqlamada Vanq və Blinken arasındakı görüşün təfərrüatları paylaşılıb. Açıqlamada qeyd olunub ki, Blinken Çinə Rusiya-Ukrayna müharibəsində Rusiyaya maliyyə dəstəyi verdiyinə və Moskvaya heç bir sanksiya tətbiq etmədiyinə görə xəbərdarlıq edib.
Bəyanatda ABŞ-ın uzun illərdir davam edən “tək Çin” siyasətində heç bir dəyişiklik olmadığı, Tayvan boğazında sülh və sabitliyin qorunmasının vacibliyi bir daha vurğulanıb.
Blinken bildirib ki, ABŞ prezidenti Co Bayden Çinlə münaqişəyə girmək istəmir və onlar yeni soyuq müharibənin başlamasının tərəfdarı deyillər.

Related Articles

Bir cavab yazın

Back to top button