Bu barədə Kanadanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sanksiyalar İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının komandanı Xatəm əl-Ənbiyaya qarşı da tətbiq olunub.
Bununla yanaşı ABŞ Maliyyə Nazirliyi də İrana qarşı sanksiya siyahısına səkkiz fiziki şəxs və 15 şirkəti daxil edib.
Nazirliyin məhdudiyyətləri beş gəmi və bir təyyarə aid olub.
ABŞ və Kanada ilə yanaşı Britaniya da Tehran hökumətinə yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Məhdudiyyətlər İranın PUA istehsalı ilə məşğul olan dörd müəssisəsini və iki direktoruna qarşıdır.
Bunun İranın İsrailə raket hücumuna cavab olduğu bildirilib.
“İran rejiminin İsrailə təhlükəli hücumu minlərlə mülki itki və daha geniş regional eskalasiya riski yaradıb. Bu gün Böyük Britaniya və bizim tərəfdaşlarımız aydın mesaj göndərib: biz İranın destruktiv davranışına görə məsuliyyət daşıyanlardan hesab soruşacağıq”, – Britaniyanın xarici işlər naziri Devid Kameron deyib.