Əldə edilən məlumata görə, bombardmanlar nəticəsində iki yüksək vəzifəli Həşd əş-Şaabi məmuru həlak olub.
İranın himayə etdiyi Xalq Səfərbərlik Qüvvələrinin 12-ci Briqadasının komandiri, eyni zamanda bütün təşkilatın əməliyyatlar üzrə zabit müavini vəzifəsini icra edən Əbu Təqva bu gün İraqın paytaxtı Bağdadda öldürülüb.