Dünyaİran

​​ABŞ: “Ayətullaha cavab veriləcək”

Co Bayden İrana bağlı qüvvələrin İraq və Suriyada ABŞ qüvvələrinə hücumları ilə bağlı növbəti dəfə İran hökumətinə xəbərdarlıq edərək buna görə cəzalandırılacağını deyib.

“Ayətullaha (Əli Xamənei nəzərdə tutulur) xəbərdarlıq etmişdim ki, ABŞ qüvvələrinə hücumların davam edəcəyi təqdirdə cavab veriləcək. İndi o, hazır olsun, bunun İsraillə heç bir əlaqəsi yoxdur”, – deyə Bayden İrana zərbə endiriləcəyi ehtimalına işarə edib.

ABŞ prezidenti qeyd edib ki, ölkəsinin qoşunları Yaxın Şərqdə İŞİD terror qruplaşmasına qarşı mübarizə aparır və onun yenidən təşkilatlanmasının qarşısını almağa çalışır, bunun İsraillə heç bir əlaqəsi yoxdur.

#İran  #Amerika

Related Articles

Bir cavab yazın

Back to top button